Jul 08 2020 17:43
Views: 429

Prezident İlham Əliyevin BMT Baş Asamblyeasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə baş katib Antonio Quterreşin dəstək verməsi təsadüfi deyil. Bunu CBC-yə müsahibəsində , millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə  Azərbaycan prezidentinin təşəbbüsü indiki məqamda bütün dünyanı narahat edən məsələ ilə bağlıdır. Məhz indi koronavirus pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bütün dövlətlərin marağındadır.

Rasim Musabəyov onu da qeyd edib ki, pandemiyanın şərtləndirdyi səbəblərdən xüsusi sessiyanın onlayn formatda keçirilməsi nəzərdə tutulur. Burada isə bütün texniki məslələrin yükü BMT-nin baş asambleyasının üzərinə düşür və Azərbaycan da bu məsələlərin həlli ilə bağlı öz töhfəsini verə bilər. Rasim Musabəyov prezident İlham Əliyevin təşəbbüsünü 130-a yaxın ölkənin dəstəklədiyi halda Ermənistanın buna qarşı çıxmasını bu ölkənin rəhbərliyinin cılız düşmənçilik siyasəti ilə izah edir. Halbuki pandemiyanın ən ağır vəziyyətə saldığı ölkələrdən biri məhz Ermənistandır.

Qeyd edək Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş arasıda telefon danışığı olub. Antonio Quterreş dövlət başçısının BMT Baş Assambleyeasının  COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edib.


Create Account



Log In Your Account