Jun 23 2020 14:40
Views: 656

BMT Baş Assambleyasının 75-ci sessiyasının yeni seçilən prezidenti Volkan Bozkır rəsmən öz səlahiyyətlərini qəbul edib. BMT Baş Assambleyasının videokonfrans formatında təşkil olunan toplantısında Volkan Bozkır bununla bağlı çıxış edib.  BMT-nin baş katibi Antonio Quterreşin də iştirak etdiyi mərasimə Volkan Bozkır İstanbuldakı Çırağan sarayından qoşulub. O, öz fəaliyyət dövründə BMT-yə üzv olan bütün ölkələri təmsil edəcəyini bəyan edib. Bildirib ki, BMT Baş Assambleyasının fəaliyyətinin daha effektiv olmasına çalışacaq.

Qeyd edək ki, Volkan Bozkır 2021-ci ilin sentyabrına qədər fəaliyyət göstərəcək. Baş Assambleyanın yeni prezidentindən əsas gözləntilərdən biri də BMT-nin qəbul etdiyi sənədlərin icrasıdır. İstanbul Türkiyə Azərbaycan Dərnəyi bununla bağlı Volkan Bozkıra müraciət edib.

Xatırladaq ki, iyunun 17-də keçirilən səsvermə nəticəsində türkiyəli siyasətçi Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti seçilib. 192 ölkə təmsilçilərinin 178-indən səs alan Volkan Bozkır qalib olub. 70 yaşlı Volkan Bozkır bundan əvvəl Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə naziri, Parlamentin xarici əlaqələr komissiyasının rəhbəri vəzifələrində çalışıb.


Create Account



Log In Your Account