Sep 27 2019 15:11
Views: 193

Azərbaycanın BMT-dəki  nümayəndəsi Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Məclisində Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Tofiq Musayev bildirib ki, Ermənistan baş nazirinin erməni torpaqları olduğunu iddia etdiyi Azərbaycan ərazilərinə ermənilər 19-cu əsrdə köçürülüb. Tofiq Musayev qeyd edib ki, SSRİ Konstitusiyası Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını rədd edir və Azərbaycan Respublikası müstəqilliyini elan etdikdə beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı ölkəmizin sərhədləri daxilində tanıyıb.

Tofiq Musayev Ermənistan baş nazirinin “öz müqəddəratını təyin etmə hüququ” barədə səsləndirdiyi iddiaları da faktlarla ifşa edib. Bildirib ki, BMT Təhlükəsizlik Şurası Paşinyanın “öz müqəddəratını təyin etmə hüququ” kimi təqdim etməyə çalışdığı vəziyyəti qanunsuz hərbi güc istifadəsi olaraq şərh edib.

Müzakirələr zamanı Ermənistan nümayəndəsi yenidən Azərbaycanın ünvanına uydurma ittihamlar səsləndirib Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildə guya Azərbaycan SSRİ-dən ayrılaraq “müstəqillik” elan etdiyini iddia edib. Tofiq Musayev erməni nümayəndəsini Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərlə susdurub.


Create Account



Log In Your Account