Oct 11 2019 18:08
Views: 296

“Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylar ekoloji çirklənməyə məruz qalır”.  Bunu BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfəri çərçivəsində ilkin müşahidələri və missiya bəyanatının təqdimatına dair mətbuat konfransında deyib. Qeyd edib ki, Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylardakı ekoloji çirkləndirmə Azərbaycan fermerləri üçün problemlər yaradır. Hilal Elver Son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycanın yuxarı orta gəlirli ölkəyə çevrildiyini də bildirb. O, oktyabrın 1-dən 11-dək Bakı, Quba və Gəncəyə səfər etdiyini, fermerlər, xalça toxucuları, qadın sahibkarlar, beynəlxalq inkişaf agentliklərinin nümayəndələri, hökumət rəsmiləri ilə görüşlər keçirdiyini diqqətə çatdırıb.


Create Account



Log In Your Account