Jun 26 2019 20:17
Views: 295

BMT-nin Dövlət Xidmətləri Forumunun bağlanış mərasimi keçirilib. Mərasimdə qeyd edilib ki, forumda 200-ə yaxın ölkədən 800 nümayəndə iştirak edib. Forumun əhəmiyyətli hadisələrindən biri Dövlət Agentliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanmasıdır. Eləcə də, Beynəlxalq ASAN Assosiasiyasının təsis edilməsidir. Dövlət xidmətləri göstərən qurumların yaratdığı bu təşkilatın məqsədi ASAN Xidmət modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır. 


Create Account



Log In Your Account