Nov 12 2019 17:19
Views: 67

26 il bundan öncə BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib. Zəngilanın işğalından sonra qəbul olunan bu qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandan qondarma rejim üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələbi də əksini tapmışdı.

Qətnamədə işğal olunmuş rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sənəddə mülki əhaliyə hücum faktı və ərazisinin atəşə tutulması da pislənilirdi.

Bu qətnamələr illər keçsə də öz hüququi qüvvəsini itirmir. BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən üzv ölkələr Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidirlər.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı 4 qətnamə qəbul edib. 822, 853, 874 və 884 saylı  qətnamələrin hər birində erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər də yerinə yetirilməyib.


Create Account



Log In Your Account