Oct 24 2019 14:24
Views: 232

24 oktyabr bütün dünyada BMT günü kimi qeyd olunur. 1945-ci ilin bu günündə BMT-nin nizamnaməsi qüvvəyə minib. Nizamnaməni Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər imzalayıb. BMT-nin Baş Assambleyası 1971-cü ildən quruma üzv olan ölkələrdə bu günün qeyd olunmasını tövsiyə edib. Öz sıralarında 190-dan artıq ölkəni birləşdirən təşkilat bu il yaradılmasının 74-cü ildönümünü qeyd edir.

Qadın hüquqularının qorunması, iqlim dəyişikliyi, su resurslarının qorunması və digər hədəfləri əhatə edən 17 dayanıqlı inkişaf məqsədi dünyanı dəyişdirməyə yönəlib. Birləşmiş Millətlər Təşkilatı  yaranan gündən əsas məqsədi sülhə və təhlükəsizliyə töhfə vermək olub. Amma son zamanlar qurumun fəaliyyətinin tənqid olunmasının əsas səbəblərindən biri məhz budur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizminin olmaması, yaxud bu məsələdə ikili yanaşma BMT-də islahatların zərurəti barədə çağırışları artırır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul etdi. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş əraziləri - Dağlıq Qarabağ və ətraf yeddi rayondan çıxarılmasına çağırılır. Lakin  bu qətnamələri  Ermənistan tərəfi hələ də icra edilmir.

Azərbaycan BMT ilə əməkdaşlığa böyük önəm verir. Ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazanıb. Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Ümumilikdə ölkəmizin ali təsisatla münasibətləri 27 ildən artıq bir dövrü əhatə edir.

2016-cı ildə BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən “BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” adlı sənəd imzalanıb. İndi Yenilənmiş sənəd üzərində iş aparılır. Yeni razılaşma Azərbaycanın prioritetlərini dəstəkləyəcək və bu sazişdə insan resurslarının inkişafına daha çox diqqət yetiriləcək.


Create Account



Log In Your Account