Sep 13 2019 18:18
Views: 206

BMT Qaçqınlar üzrə Ali Komissarlığının  Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədi ilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər. Təqaüdlər Almaniya federal hökumətinin maliyyə dəstəyi ilə BMT Qaçqınlar üzrə Ali Komissarlığının proqramı çərçivəsində verilib. BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15.500-dən çox qaçqın tələbənin sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın  universitet və kolleclərində təhsil almalarına yardım göstərilib.


Create Account



Log In Your Account