Jun 30 2020 14:49
Views: 1480

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshakzai koronavirus pandemiyası ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət ünvanlayıb. BMT rəsmisi koronavirus səbəbindən özünün də ailə üzvünü itirdiyini qeyd edərək insanları qaydalara əməl etməyə çağırıb. Bildirib ki, pandemiya hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da təəsüf ki, yoluxanların və ölənlərin sayı artır.

“Bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik” deyən BMT rəsmisi bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün sadə tələblərə əməl olunmasını xahiş edib.


Create Account



Log In Your Account