Mar 07 2019 18:16
Views: 361

Yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər çərçivəsində Bakının Binəqədi rayonu ərazisində əsas və qəsəbədaxili yollarda təmir-tikinti işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, həmçinin vətəndaşların ümumi istifadəsində olan torpaq əsaslı və çınqıl örtüklü küçələrdə və yollarda aparılır. Cari ilin əvvəlindən sözügedən qəsəbələrdə aparılan təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu 7 km-dən çox olan 15 küçənin 50 min kv.m sahəsində təmir-bərpa işləri yekunlaşdırılıb.

İndi  Biləcəri qəsəbəsinin əsas mərkəzi yolu olan Məmməd Səid  Ordubadi küçəsində işlər aparılır. Bu yol Azadlıq prospekti ilə Bakı-Sumqayıt yoluna birləşir. Yolun hərəkət hissəsi 5.2 km uzunluğundadır. Agentlikdən verilən məlumata görə, təmir-bərpa işləri tərtib olunan  qrafikə uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün  əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb edilib. Ardıcıllığa uyğun olaraq qəsəbələr üzrə digər küçə və daxili yollarda  işləri davam etdiriləcək.


Create Account



Log In Your Account