Jul 02 2019 14:23
Views: 355

TANAP üzrə işlərin yekunlaşması ilə Azərbaycan qazının Avropaya nəql edilməsi reallığa çevrilir. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Qaz Kəmərinin pay sahiblərindən biri BP şirkətidir. BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, 2020-ci ildə Şahdəniz yatağından hasil edilən qaz Avropaya çatdırılacaq.

Lakin BP şirkətinin Azərbaycanda ən az Şahdəniz yatağı qədər önəmli daha 3 yataqla bağlı planları var. Bunlar Dayazsulu Abşeron, D230 layihəsi və Şəfəq-Asiman yatağıdır. İkinci Şahdəniz hesab olunan Şəfəq-Asiman yatağında tezliklə qazma işlərinə başlanacaq. Belə ki, “Total Abşeron”da qazma işləri yekunlaşdırandan Şəfəq-Asiman yatağında işlər tam gücü ilə gedir.

BP-nin layihələri arasında ən rentabellisi Dayazsulu Abşeron layihəsi hesab olunur. Abşeron yarınmadasının dayazsulu hissəsində yerləşdiyi üçün daha az sərmaye tələb edən bu layihə üçün qarşıdakı 18 ayda 3 kəşfiyyat quyusu qazılacaq. D 230 layihəsi üzrə seysmik işlərin görülməsi də bu ildən etibarən aparılır. Abşeron yarımadasının simal hissəsində 3200 kv km ərazini əhatə edən bu məkanda böyük neft ehtiyatlarının olması düşünülür. Lakin BP şirkətinin Azərbaycanla layihələri nəkcə neft və qaz ehtiyatları ilə yekunlaşmır.

Qeyd edək ki, BP dünyada az karbonlu enerji mənbələrinə keçidlə bağlı gündəlikdə duran məsələlərin reallaşdırılmasına yardım etmək öhdəliyi götürüb və dünyanın atmosferə daha az tullantılar buraxmaq şərtilə daha çox enerji istehsal etmək səylərinə dəstək verir.Bərpaolunan enerji sektorunun ilkin iştirakçılarından biri kimi “BP Alternative Energy” bu sahədə böyük təcrübəyə malikdir.

 


Create Account



Log In Your Account