Feb 13 2018 18:31
Views: 249

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri 4 ilə yaxındır Ermənistanın qanunsuz olaraq saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər. Qurumun Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, məqsəd  girovların saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratmaqdır. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əskərov uzun müddətdir atasından məktub almadığını, yalnız şifahi məlumatla kifayətlənildiyini deyir.
Azərbaycanlı girovlarla bağlı məsələ Xocalı soyqırımı ilə əlaqədar  Xocalıya Ədalət kompaniyası çərçivəsində Türkiyədə  keçiriləcək tədbirlərdə qaldırılacaq. Xocalı həftəsində Türkiyənin 4 müxtəlif universitetində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, erməni girovluğunda olan həmvətənlərimiz haqqında geniş məlumat veriləcək. 
Tədbirdlərdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əskərov da iştirak edəcək. Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Qondarma rejim Dilqəm  Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz məhkəmə quraraq Dilqəm  Əsgərova ömürlük həbs cəzası verib. Şahbaz Quliyevsə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Create Account



Log In Your Account