May 22 2020 18:21
Views: 391

Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri prezident İlham Əliyevin ölkə vətəndaşlarına koronavirusdan qorunmaq üçün məsuliyyətli, nizam-intizamlı olmaq, qaydaları pozmamaqla bağlı çağırışına dəstək olaraq tədbirlər həyata keçirir. Onlar Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin “Biz Birlikdə Güclüyük” şüarı altında başlatdığı “Bir-birimizi qoruyaq!” adlı kampaniyaya fəal surətdə qoşularaq respublikamızın şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşları maarifləndirir. Sosial məsafənin qorunması, maskadan mütləq şəkildə istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsini təbliğ edirlər. Bu təbliğatın bir vasitəsi kimi könüllülər sosial çarx hazırlayıb, əhalini məsuliyyətli olmağa çağırıblar.


Create Account



Log In Your Account