Jun 01 2019 18:54
Views: 326

Uşaqların bayram günündə öz balacalığını dəhşətlə yada salan vətəndaşlarımız var. İndi özləri ailə başçısı olsalar da, uşaqlıq illərinin dəhşətini hələ də unutmurlar. Ərazilərimiz işğalı zamanı girov götürülmüş, itkin düşmüş uşaqların xatirəsini yad etmək, onların hüquqlarını qorumaq, bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və daim gündəmdə saxlamaq vacibdir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı günahsız müharibə qurbanları olan uşaqlar və onların ailə üzvləri üçün bayram tədbiri təşkil olunub. Tədbirdə girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən qaçqın və məcburi köçkün uşaqlar iştirak ediblər. Tədbirdəki uşaqlar maraqlı bədii proqramla çıxış edib, mahnılar oxuyub, şerlər söyləyib, rəqs ediblər. “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi,  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri uşaqları təbrik edib, sevindiriblər.


Create Account



Log In Your Account