Apr 27 2019 18:18
Views: 254

İkinci Bir KƏmər Bir Yol beynəlxalq əməkdşalıq forumunun ikinci günündə birinci sessiya “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi” mövzusuna həsr olunub. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi sessiyada çıxış edən Çin Xalq Respublikasının sədri Si Cinpin forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını deyib. O, dünyada yeni əməkdaşlıq formatı yaradan "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyib. Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Forumun "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması" mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak edib. Daha sonra dövlət başçısı "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyada iştirak edib. sessiyada çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib. bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkə olduğunu xatırladan dövlət başçısı, indi iqtisadiyyatın şaxələndirilməsinin əsas vəzifələrdən biri olduğunu deyib.

Prezident İlham Əliyev Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə məlumat verib. Bildirib ki, Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Azərbaycan  Şərq-Qərb nəqliyyat dəhlizində,həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edir.

İki gün davam edən ikinci Bir KƏmər Bir Yol beynəlxalq əməkdaşlıq forumu işini yekunlaşdırıb. Çin prezidenti Si Cinpin yekun mətbuat konfransında bildirib ki, forum çox səmərəli olub. belə ki, bu tədbir çərçivəsində çox sayda yeni əməkdaşlıq qurulub.

Aprelin 25-27-də Pekində keçirilən ikinci “Bir kəmər – bir yol” forumunda 37 dövlət və hökumət başçısı iştirak edib.  


Create Account



Log In Your Account