Ötən ilin 11 aprel seçkilərindən sonra Prezident İlham Əliyevin yenidən prezident seçilməsi ilə qısa zamanda bütün sahələr üzrə, ən əsası da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlərə start verilib. Bunu Yeni Azərbaycan Partiyasının Pirallahı rayonu təşkilatının sədri Hikmət Şikarov prezident İlham Əliyevin prezident seçilməsinin 1 illiyi ilə bağlı tədbirində deyib.
Bildirib ki, yeni islahatlar dalğası bir çox sahələrdə müsbət irərəlləyişlərə səbəb olub. Bu isə əhalinin rifahına, yaşayış şəraitinə müsbət təsir göstərib. Hikmət Şikarov son 1 ildə hökumətin atdığı müsbət addımlar və həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri sırasına qalxdığını vurğulayıb. Onun sözlərinə görə, aprel seçkiləri ölkə tarixi üçün önəmli və yeni bir mərhələdir.