Jul 16 2019 15:08
Views: 236

Son zamanlar Azərbaycanda kənd təsərrüfatı sahəsində köklü islahatlar aparılır. Bu islahatlar hansı müsbət nəticələrə gətirib çıxarıb? Aqrar sektorda yaşanan durum,  yeniliklər və gələcək planlar haqda studiyamızın qonağı - Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ilə həmsöhbət olmuşuq.

Müsahibədə Aqrar Tədqiqatlar Mərkəzinin planları, daha keyfiyyətli və maya dəyəri ucuz məhsul əldə etmək üçün atılan addımlar və digər məsələlər haqqında müzakirə aparılıb.

F.Fikrətzadə bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artımın mövsümü xarakter daşıdığını bildirdi: “İyunda istixana istehsalı dayandırır, açıq sahədə pomidor yetişdirilməsinə başlanılır. Bu dövr vqustun əvvəllərinə qədər davam edir. Hava şəraiti bu prosesi ləngitdi və bu da qiymət artımını şərtləndirdi. Nəzərə almaq lazımdır ki, iyunda pomidorun qiyməti çox ucuz idi. Bir neçə həftəyə açıq havada yetişdirilən məhsul bazara çıxınca, qiymətlər enəcək”.


Create Account



Log In Your Account