Apr 20 2019 17:22
Views: 429

SOCAR və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsini təsdiqləyib. 6 milyard dollarlıq layihə çərçivəsində dənizdə yeni nəhəng platforma inşa ediləcək və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular quraşdırılacaq. Layihənin iqtisadi əhəmiyyəti barədə CBC-nin “Xəbərlər” buraxılışının qonağı olan SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Qeyd edib ki, sözügedən layihənin Azərbaycan üçün iqtisadi əhəmiyyəti böyükdür. Belə ki, bu, Azərbaycanın ən zəngin neft yatağıdır və ölkə üçün böyük gəlir mənbəyi hesab edilir. İnşaat işlərinin icrasında 8 min yeni iş yerlərinin açılması nəzərdə tutulur. Yeni iş yerlərinə əsasən Azərbaycan vətəndaşları cəlb ediləcək.

Qeyd edək ki, platformanın tikintisinə bu il başlanılacaq və 2022-ci ildə başa çatması planlaşdırılır.

 


Create Account



Log In Your Account