May 04 2019 18:14
Views: 365

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Milli Məclisdə olub.  Milli Məclis rəhbərliyi ilə görüş zamanı spiker Oqtay Əsədov Braziliya ilə ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, lakin qarşılıqlı əlaqələrin inkişafına ehtiyac olduğunu dedi. Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin baş tutmasına göstərdiyi səylərə görə Braziliya hökumətinə təşəkkürünü bildirdi. Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu dedi.

Görüşdə qeyd olunub ki, bu səfər parlamentlərarası əlaqələrin inkişafına töhfə verir. Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu. Bildirildi ki, Braziliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 171 milyon dollar təşkil edir. İniyədək ölkələr aasında 7 sənəd imzalanıb, 11 sənəd baxılmaq mərhələsindədir. 

Səfər çərçivəsində Braziliya nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər, Azərbaycanın azadlığı uğrunda canından keçmiş insanların məzarlarının önünə gül dəstələri qoyublar.


Create Account



Log In Your Account