Jul 05 2019 17:20
Views: 249

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb. Sərgidə 10 il ərzində iki ölkənin arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdirilir.

Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparıb. Araşdırmaların nəticələri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin müxtəlif problemlərini öyrənməyə imkan verib.

Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümieğ Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının nəticələrini əks etdirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tiflisdə də təşkil olunması planlaşdırılır.


Create Account



Log In Your Account