Aug 04 2020 18:06
Views: 298

Azərbaycan-Türkiyə genişmiqyaslı birgə təlimlərinin məhz belə həssas məqamda keçirilməsi çox önəmlidir. Bunu CBC-yə müsahibəsində türkiyəli hərbi ekspert Abdullah Ağar deyib. Onun sözlərinə görə məşqlər plana əsasən təşkil olunsa da, son dövrlər baş verən hadisələr təlimlərin gedişatına təsisrsiz ötüşməyib. Hərbi ekspert Ramil Məmmədli qeyd edir ki, Azərbaycan və Türkiyə arasında silahlı qüvvələrinin inteqrasiya prosesinə 1994-cü ildən etibarən start verilib. Son dövrdə müxtəlif miqyaslı 12 təlim keçirilib və hazırda baş tutan təlimlərin belə rezonans doğurması təsadüfi deyil. Azərbaycan-Türkiyə birgə təliməri bu dəfə də Ermənistanda ciddi narahatlıq doğurub. Ekspertlər hesab edirlər ki, başlıca səbəb Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın güclənməsi və bunun nümayiş olunmasıdır. Azərbaycanın işğalla razılaşmaması, Türkiyə ilə həm də hərbi müstəvidə əməkdaşlıq etməsi hər zaman qarşı tərəfi narahat edib. Abdullah Ağarın fikrincə, hazırda təlimlərin özündən daha çox, bu təlimlərin verdiyi mesaj Ermənistanı narahat edir. Qardaş Türkiyə ilə əlaqələrin daha da inkişaf etməsi qarşı tərəfin göz dağına çevrilib Qeyd edək ki Azərbaycan - Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir. iyulun 29-da start verən təlimlər avqustun 10-dək davam edəcək . TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri də artıq Azərbaycana gəlib .


Create Account



Log In Your Account