Sep 04 2019 15:52
Views: 432

“TurAz Qartalı-2019” təlimlərinin rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

Ramiz Tahirov təlimlərin hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib. Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İsmayıl Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

Təlimlərdə Azərbaycan, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.


Create Account



Log In Your Account