Oct 24 2018 19:12
Views: 449

“Bu gün, 73 il öncə əsası qoyulmuş Birləşmiş Millətlər Təşkilatının Günüdür. Bu bizə BMT-nin Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığının 26 ilini qeyd etmək və Azərbaycanın inkişafı və rifahı üçün gördüyü işlər haqqında danışmaq imkanı verir”. Bunu Birləşmiş Milətlər Təşkilatının Rezident Əlaqələrndiricisi Qulam İsakzai BMT gününə həsr olunmuş video müraciətində deyib. O, dünyanı BMT-nin Azərbaycanda və dünyadakı dəyərini, vəzifəsini və işini birlikdə təqdir etməyə çağırıb.
 
Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT-nin dəyərli və fəal üzvü olub. Biz, daha yaxşı və güclü BMT naminə Azərbaycanın davamlı dəstəyinə güvənirik. BMT, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın fəaliyyətini dəstəkləməyə davam edəcək. Sabah keçiriləcək Dayanıqlı İqtisadi Məqsədləri Forumu bu dayanıqlı inkişaf gündəliyinin icrasında tərəfdaşlığımız və birgə işimizin bariz nümunəsidir.
 
26 il ərzində Azərbaycanın BMT ilə əməkdaşlığı böyük inkişaf yolu keçib. 2016-cı ildə Azərbaycanla BMT arasında sayca 4-cü tərəfdaşlıq çərçivə sənədi imzalanıb. Sənəd iqtisadi inkişafın təşviqi, sosial xidmətlərin gücləndiriməsi və ətraf mühitin qorunması kimi vacib sahələri əhatə edir.
 
BMT dünya nizamını tənzimləyən ən əhəmiyyətli qurum hesab olunur. Təşkilatın fəaliyyətində əsas mövzu  müharibələri önləmək üçün torpaq işğalı məsələsidir. Lakin BMT Təhükəzilik Şurasının Azərbyacanın işğal edilmiş Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə hələ də icra olunmayıb.
 
Politoloq Elnur Soltanov bildirib ki, hüquq Azərbaycan tərəfində ola bilər, amma siyasi mənada qəbul edilmədikcə, ortaya açıq şəkildə ifadə edilmədikcə, bu, Azərbaycana dəstəyə çevrilməz.
 
BMT-nin baş katibi Antonio Quterreş videomüraciətində münaqişələrin çoxaldığını və insanların əziyyət çəkdiyini bildirib. Ancaq Birləşmiş Millətlər Təşkilatının bununla mübarizə aparmağa davam edəcəyini söyləyib. O qeyd edib ki, hər bir kişi, qadın və uşaq sülh şəraitində yaşamağa layiqdir.


Create Account



Log In Your Account