Apr 07 2018 18:06
Views: 827

Bakı İdman Sarayında Birinci Türk Şurası Universiada İdman oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə türk dünyasının tarixi, mədəniyyəti, ənənələri və  görkəmli şəxsiyyətləri barədə məlumat verilib, Azərbaycanın milli rəqsləri nümayiş olunub. Gənclər və idman naziri Azad Rəhimov türk dünyasını ortaq dil və mədəniyyətin birləşdirdiyini deyib. Bildirib ki, türkdilli dövlətlər beynəlxalq arenada hər zaman bir-birini müdafiə edib, eyni mövqedən çıxış ediblər
Türk Universiadası türkdilli dövlətlər arasında diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcud olduğunu göstərir. Bu tədbir türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması baxımından da vacibdir. Yarışlar Futzal, Voleybol, şahmat, stolüstü tennis, cüdo , sərbəst və yunan-roma güləşi olmaqla ümumilikdə 7 idman növü üzrə keçiriləcək.
Azərbaycan milli komandasından sonra yarışlara ən böyük heyətlə qatılan Türkiyə idmançılarıdır. Türkiyə nümayəndə heyətinin üzvləri bildirir ki, bu yarış yeni dostluqların yaranmasına imkan verəcək. Çünki idman ilk növbədə dostluğu tərənnüm edir.
Türk Universiadasının açılış günündə sərbəst və yunan-roma güləşi üzrə yarışlar baş tutub. Azərbaycan güləşçisi Orxan Nuriyev turnirdə Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları da öz güclərini sınayacaqlar.


Create Account



Log In Your Account