Aug 27 2019 16:03
Views: 176

Uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə keçirilən tədbirdə belə deyib. Bildirib ki, onların qayğıları hər zaman diqqət mərkəzindədir.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar. Mehriban Əliyeva burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanıb, onlarla söhbət edib. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında iştirak ediblər. 260 saylı körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu yeni bina inşa etdirib. 141 saylı körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. 

Mehriban Əliyeva və qızı Leyla Əliyeva valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olunub.


Create Account



Log In Your Account