Apr 27 2019 16:09
Views: 261

Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirib ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva da bildirib ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir.Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq – deyən Mehriban ƏLiyeva social şəbəkələrdə yayılan informasiyasıların həqiqəti əks etdirmədiyini bildirib.


Create Account



Log In Your Account