Nov 22 2019 18:33
Views: 74

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev  birinci vitse-prezidentin səfər proqramının mükəmməl və zəngin olduğunub vurğulayıb. bildirb ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir. 

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Bildirb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Mehriban Əliyeva iqtisadi əməkdaşlığn ikitərəfli gündəliyin ən mühüm komponentlərindən biri olduğunu diqqətə çatdırıb.

Birinci vitse president Rusiyadan azərbaycan səyahət edən turistlərin sayının artığını da qeyd edib.  Bildirib ki, ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşıldığını da diqqətə çatdırıb. Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.


Create Account



Log In Your Account