Jul 08 2019 18:29
Views: 256

Gələn ilin əvvəlinədək Azərbaycanda alternativ yollarla 420 meqavolt enerjinin istehsalı planlaşdırılır. CBC-yə müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov belə deyib. Onun sözlərinə görə, strateji yol xəritəsinə görə 350 meqavolt enerji külək elektrostansiyalarının, 50 meqavolq günəşdən, 20 mvolt isə bioneenrji mənbələrindən hasil olunacaq.

Nazir müavini deyir ki, hazırda güzəştli tariflər və özəl sektor üçün digər güzəşt mexanizmlərini nəzərdə tutan normativ hüquqi bazanın formalaşdırılması üzərində iş gedir. Bununla yanaşı xəritələr və alternativ enerji sahəsində daha cəlbedici yerlərin müəyyənləşdirilməsi istiqamətində iş  aparılır. 

Energetika Nazirliyinin məlumatına görə, alternativ və bərpa olunan enerji mənbələrinin ümumilikdə iqtisadi potensialı 26 min 940 Meqavolt həcmində qiymətləndirilir, bunun 23,4 min mvoltu günə. 3 min mvolru külək, 520 mvoltu-hidroenerji, yerdə qalanı isə termal enerji və biokütlənin hesabına düşür.


Create Account



Log In Your Account