Dec 14 2018 14:26
Views: 472

Azərbaycanda bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə və bu sahəyə özəl sektorun cəlb edilməsi məqsədilə qanunvericilik bazası  təkmilləşdiriləcək. Energetika nazirinin müavini Samir Vəliyev belə deyib. Bildirib ki, bərpa olunan enerji sahəsi investorlar üçün cəlbedici olmalıdır. Onun sözlərinə görə, qanun layihəsi 2019-cu ilin aprel-may aylarında hazır olacaq.

Artıq bərpa olunan enerji sahəsində BƏƏ və Türkiyə ilə əməkdaşlıq haqda razılaşmalar əldə olunub. BP-nin regional kommersiya üzrə vitse-prezidenti Neyl Anderson Azərbaycanla bu sahədə də əməkdaşlığa hazır olduqlarını  deyib.

Qeyd edək ki, yaxın illərdə Azərbaycanda külək enerjsi üzrə 350, günəş enerjisi üzrə 50 və bioenerji üzrə 20 mvt generasiya güclərinin yaradılması planlaşdırılır.  

 


Create Account



Log In Your Account