Feb 22 2019 14:02
Views: 580

Xocalı soyqırımının 27-ci ildönümü dünyanın digər ölkələrində də qeyd olunacaq. Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə sabah Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir. Bu haqda CBC-yə tədbirin təşkilatçılarından biri, Belçika-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri  Ayhan Dəmirçi məlumat verib.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə iştirakçılar “Qarabağa qayıtmaq istəyirik”, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır” və s. şüarlar ilə Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edəcəklər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

 


Create Account



Log In Your Account