Feb 23 2019 17:49
Views: 787

Bu dəqiqələrdə Belçikanın paytaxtı Brüsseldə Avropada yaşayan azərbaycanlılarn iştirakı ilə  Ümumavropa Qarabağ mitinqi başlayacaq. Aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvləri gəliblər. Onlar brüsseldəki “Lüksemburq Palas”ın qarşısına toplaşıblar. Mitinq Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə təşkil olunub. Aksiyada “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur deyin!”, “İşğalı dayandır” və s. Şüarlar səsləndiriləcək.

 


Create Account



Log In Your Account