May 08 2019 14:48
Views: 255

Artıq 10 ildir ki, Avropa İttifaqında Şərq Tərəfdaşlığı Proqramı icra olunur. Avropa İttifaqı bu proqram çərçivəsində öz tərəfdaşları, o cümlədən Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayәndәliyinin rәhbәri Kestutis Yankauskas Avropa Gününə həsr olunun tədbirdə deyib.

Kestutis Yankauskas bildirib ki, artıq 20 ildir Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər Tərəfdaşlıq və Əməkdaşlıq sazişi çərçivəsində  müsbət inkişaf edir. Bu illər ərzində Avropa İttifaqı Azərbaycana ticarәt, enerji, tәhlükәsizlik vә nәqliyyat sahәlәrindә, təhsil, sosial və digər  sahələrdə dəstək olub.

Kestutis Yankauskas bildirib ki, 2 ildir Azərbaycanla yeni tərəfdaşlıq sənədinin imzalanmasi  istiqamətində danışıqlar aparılır. Dünyada, regionda və qarşılıqlı əməkdaşlıqda baş verən dəyişiklikləri nəzərə alaraq yeni müqaviləyə ehtiyac yaranıb. Onun sözlərinə görə, birgə əməkdaşlığın inkişafı üçün yeni baza lazımdır.  Gələn həftə Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcək. Bu, həm də ötən illər ərzində əldə olunan və  gələcəkdə görüləcək işlərin müzakirəsi üçün yaxşı imkandır.

Tədbirdə iştirak edən Azәrbaycan xarici işlәr nazirinin müavini Ramiz Hәsәnov Azәrbaycan vә Avropa İttifaqı arasında qarşılıqlı faydalı münasibәtlәrin mövcüd  olduğunu deyib. Bildirib ki, Avropa İttifaqı Azərbaycanın әn böyük ticarәt tәrәfdaşıdır. Eyni zamanda, siyasi vә iqtisadi, tәhsil, turizm sahәlәrdә geniş əlaqələr var. Nazir müavini bildirib ki, baxılmaqda olan yeni saziş Azәrbaycanla Avropa İttifaqı arasında әmәkdaşlığı keyfiyyәtcә yeni mәrhәlәyә yüksәldәcәk. Avropa Günü münasibətilə keçirilən tədbir portuqaliyalı müğənni Magda Mendesin ifası ilə davam edib.

 


Create Account



Log In Your Account