May 18 2019 15:58
Views: 788

Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə Bakıda “Britaniya kinosunun baharı” adlı beşinci festival keçirilir. Bir həftə ərzində tamaşaçılara Britaniya istehsalı olan yeddi maraqlı film nümayiş etdiriləcək.
Festival Bakıda 5-ci ildir ki keçirilir. Bu il festival “Kino hamı üçün” strategiyasına əsaslanır. Müxtəlifliyə və inklüzivliyə istiqamətlənən layihələrin dəstəklənməsini nəzərdə tutur.
Festival mayın 24-dək davam edəcək. Bir həftə ərzində tamaşaçılara “Sevimli qadın”, “Qara çay”, “Tabe ol, “Xoşbəxt şahzadə”, “İtaətsizlik”, “Sahildə” və “Kolet” filmləri təqdim olunacaq.


Create Account



Log In Your Account