May 24 2018 16:52
Views: 315

Bakıda “British Council Azerbaijan”ın təşkilatı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə mədəniyyət xadimləri üçün ikigünlük təlim keçirilir. Bu gündən start verilən təlimlər “British Council”ın “Bərabərlik, müxtəliflik və inklüzivlik”, eləcə də Nizami Kino Mərkəzinin “Hər kəs üçün kino” strategiyalarına uyğun olaraq əlil şəxslər üçün daha əlçatan və inklüziv mühitin yaradılması məqsədi daşıyır.Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Baklinin rəhbərliyi ilə gerçəkləşir. Cemma Bakli, eyni zamanda, kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriyası üçün nəzərdə tutulan proqramlar haqqında məlumat verib.


Create Account



Log In Your Account