Mar 09 2018 15:06
Views: 459

Nyu-Yorkda yerləşən “Mənim yolum” uşaq və gənclərin yaradıcılıq mərkəzinin üzvləri konertə hazırlaşırlar. Rəqs nömrələrinin çoxu 28 may Respublika günündə nümayiş olunacaq.  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bir çox tədbirlər nəzərdə tutulur. Ümumilikdə, may Bruklində Qafqaz irsi və Azərbaycan mədəniyyəti ayı elan edilib.
Mərkəzdəki uşaqlar öz çıxışlarını daha mükəmməl etmək üçün davamlı olaraq məşq edirlər. Xoreoqraflar isə Alena Bədəlovanın övladları – Mədinə və Timurdur.
Mərkəzdə ən çox maraq göstərilən dərnəklərdən biri art-klubdur. Burda Azərbaycanın əməkdar rəssamı, heykəltəraş Emin Quliyev Azərbaycan mədəniyyətini təbliğ edir.
 “Mənim yolum” yaradıcılıq mərkəzinə Nyu-Yorkdakı Azərbaycanlılar fondu dəstək verir. Onun rəhbəri Oleq Mövsümov bildirir ki, əsas məqsədlərdən biri həm də mədəniyyətlərin mübadiləsidir.
Mariette Rozental Bakı və Bruklini birləşdirməyə nail olub. bu gün o, hər iki şəhər arasında dostluq assosiasiyasının prezidentidir.
Yardıcılıq mərkəzində 4 yaşından başlayaraq uşaqlar qəbul olunur. indi mərkəzdə 150 uşaq rəqs və digər dərnəklərdə məşğul olur. Amma hər gün Azərbaycan mədəniyyətinə maraq artdığından yaradıcılıq mərkəzinə gələnlərin sayı da çoxalır.


Create Account



Log In Your Account