Feb 12 2019 14:39
Views: 410

Nəsimi ili çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı da bir sıra tədbilər təşkil etməyi planlaşdrır. Gənc bəstəkarların Nəsiminin qəzəllərinə  bəstələdiyi musiqilərdən ibarət bir neçə gecənin keçirilməsi nəzərdə tutulur. Layihədə 20 gənc bəstəkar iştirak edəcək.

Nəsiminin irsinin öyrənilməsi istiqamətində də tədqiqatlar davam etdirilir. Azərbaycan musiqişünasları Nəsimi ilinə öz töhfələrini verəcəklər. Bu il bir neçə araşdırmanın nəşr edilməsi gözlənilir. Onların arasında müxtəlif janrlarda kitablar var.

Firəngiz Əlizadə bildirib ki Nəsimin yaradıcılığı həmişə bəstəkarların diqqətini cəlb edib. Onları böyük musiqi əsərləri yaratmağa sövq edib. Dahi musiqiçi Fikrət Əmirovun “Nəsimi dastanı” əsəri məhz belə əsərlərdəndir. Bəstəkar Firəngiz Əlizadə də Nəsimiyə həsr olunmuş bi neçə əsərin müəllifidir. Bunlardan biri Atlas orkestri üçün yazılmış “Zikr” əsəridir. Bəstəkarın Nəsimin sözlərinə yazdığı “Dərviş” əsəri də dünya musiqişünaslarının  çox böyük marağına səbəb olub.

Bəstəkarın “Nəsiminin iztirabı” əsəri isə ilk dəfə 2017-ci ildə səslənib. Firəngiz Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı Nəsimi ilinin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə çalışacaq. Təşki olunan tədbirləin əsas məqsədi dahi Azərbaycan şairinin irsini dünyaya daha yaxşı tanıtmaqdır.

 


Create Account



Log In Your Account