May 17 2019 18:30
Views: 193

Artıq muzeylər geniş auditoriya üçün daha əlçatan olacaq. Bu imkanı yeni istifadəyə verilən museum.az portalı yaradıb. Ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır.İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb - tendensiyalar da nəzərə alınaraq, saytın mobil versiyası və tətbiqetmələrinin də hazırlanması nəzərdə tutulub. BU portalda 360 dərəcə formatında fotolar vasitəsilə muzeylərə virtual səyahət etmək mümkündür. 18 may muzeylər günü ərəfəsində həmçinin Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib. Qeyd edək ki, hər il olduğu kimi sabah da 18 may beynəlxalq muzeylər günündə Azərbaycandakı bütün muzeylərə giriş pulsuz olacaq.


Create Account



Log In Your Account