Nov 07 2019 15:25
Views: 1131

Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən “China Railway Express” yük qatarı İstanbulda Mərmərə tunelini keçərək Avropaya yollanıb. Bu, Türkiyə tarixində də bir ilkdir. Belə ki, 2013-cü ildə açılışı olan və dənizin altından keçən Mərmərə tunelindən ilk dəfə Asiyadan Avropaya yük daşıyan yük qatarı keçib. Transxəzər marşuru ilə hərəkət edən yük qatarı oktyabrın 15-də Çindən yola çıxıb, 820 metr uzunluğundakı qatara 42 konteyner daxildir. Konteynerlər Çindən Orta Asiyaya, ordan dəniz yolu ilə Bakıya və BTQ dəmir yolu ilə Türkiyəyə çatıb. Ötən gün Ankarada Azərbaycan, Türkiyə və Çin rəsmilərinin iştirakı mərasim keçirilib. Orta xətt adlandırılan Transxəzər nəqliyyat dəhlizi digər alternativlərə nisbətən Asiya və Avropa arasındakı məsafəni daha az müddətdə qət etməyə imkan verir.


Create Account



Log In Your Account