May 07 2019 16:13
Views: 373

Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və “Türkiyə Dövlət Dəmir Yolları” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum Azərbaycan, Türkiyə və Rusiya arasında Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə etməklə yeni istiqamət üzrə yükdaşımalarının artırılmasını nəzərdə tutur.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələri üçün yeni imkanlar açır. İlkin olaraq bu yolda illik  3-5 milyon, növbəti 5 ildə 6-8 milyon, 10-cu istismar ilində isə 10 milyon ton yük daşınması nəzərdə tutulur. Amma Rusiya ilə imzalanan razılaşma sayəsində bu rəqəm daha da arta bilər.

Bildirilib ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzil başına çatmasını təmin edəcək.Cavid Qurbanov Rusiya Dəmir Yolları ilə Bakıda bununla bağlı razılaşma imzalandığını diqqətə çardırıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, qədim İpək Yolunun bərpasının tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu keçdiyi ölkələrin iqtisadi inkişafına təkan verir. Öz növbəsində iştirakçı ölkələr də onun canlanması üçün əməkdaşlığa hazırdır.

Qeyd olunub ki, nəzərdə tutulan məqsədə nail olmaq üçün ölkələrin dəmir yolu qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var.


Create Account



Log In Your Account