Nov 05 2019 19:14
Views: 115

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Çindən Avropaya yola düşən ilk yük qatarı Türkiyə ərazisinə daxil olub. 74 kv. metrlik 42 konteyner daşıyan və 850 metr uzunluğundakı “China Railway Express” adlı karqo qatarı Türkiyə ərazisinə Qars şəhərindən daxil olub. Qatar Çindən Qazaxıstana orda isə Xəzər dənizindən keçməklə Azərbaycana gəlib. Oktyabrın 19-da isə Azərbaycandan konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yola salınmışdı. Sabah qatarın Ankara dəmir yolu stansiyasında rəsmi qarşılanma mərasimi keçiriləcək. Mərasimdə Türkiyə və Azərbaycandan rəsmi şəxslərin iştirakı gözlənilir. Yük qatarı daha sonra Mərmərə tunelindən istifadə etməklə Bolqarıstan, Serbiya, Macarıstan, və Slovakiyadan keçərək Çexiyanın paytaxtı Praqaya çatacaq. Bu, həm də Mərmərə kanalından keçərək Avropaya yük daşınacaq ilk karqo qatarı kimi tarixə düşəcək. Türkiyəli ekspertlər hesab edirlər ki, bu bir zamanlar xəyal hesab edilən Böyük İpək Yolunun yenidən dirçəldilməsi təşəbbüsünün reallaşmasıdır.


Create Account



Log In Your Account