Aug 29 2019 19:17
Views: 156

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Zöhrab Mnatsakanyanın ziddiyyətli açıqlamaları bir daha sübut etdi ki, Ermənistanın əsl məqsədi işğalçılıqdan başqa bir şey deyil. Bu haqda studiyamızın qonağı olan millət vəkili Aydın Mirzəzadə məsələni şərh edərkən bildirib. 
Söhbət zamanı qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Bu bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir.


Create Account



Log In Your Account