Sep 02 2019 18:41
Views: 367

Prezidentin sərəncamına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov CBC-yə açıqlamasında bildirib ki, bu artımdan sonda Azərbaycanda minimum əməkhaqqı məbləği yaşayış minimumunu 40 faiz üstələyib.
Ölkə başçısının imzaladığı sərəncamla, dövlət sektorunda çalışanların əməkhaqlarında da 20-50 faiz artımlar edilib. Hər iki artım ümumilikdə 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə yüksəlməsilə nəticələnib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisə edildikdə, alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin yüksəlməsinə səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir. Xüsusilə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını və əməyin leqallaşdırılmasını stimullaşdırır.

 


Create Account



Log In Your Account