Apr 01 2019 14:26
Views: 243

Bu ayın sonundan problemli kreditlərlə bağlı fiziki  şəxslərə kompensasiyanın verilməsinə başlanacaq. Artıq kompensasiya veriləcək vətəndaşların siyahısı hazırdır. Bunu  Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirirlər ki, ödənişlə bağlı məlumat əldə etmək üçün  vətəndaşların banka gəlməsinə ehtiyac yoxdur. Ödənişin zamanı bəlli olduqda  kredit təşkilatları özləri vətəndaşın mobil telefonuna  sms göndərəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portalda da vətəndaşlar onlara veriləcək kompensasiyanın məbləğini öyrənə bilərlər. Artıq bu portala çox sayda insan müraciət edib. Fiziki şəxslər  bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği ilə yanaşı restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala bilər. Bunun şəxsiyyət vəsiqəsinin nömrəsini,doğum tarixini və mobil nömrəni daxil etmək kifayətdir.

Xatırladaq ki  prezident İlham Əliyev  bu ilin 28 fevral tarixində  fiziki şəxslərin 10000 dollar və 17000 manatadək olan problemli kreditlərinin kompensasiya edilməsi ilə bağlı fərman imzalayıb. Vətəndaşlara devalvasiya nəticəsində dəymiş zərəri dövlət qarşılayacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək.


Create Account



Log In Your Account