Jun 21 2019 17:50
Views: 170

Bu gün Belarusun paytaxtı Minsk şəhərində 2-ci avropa oyunlarına start veriləcək. Minsk 2019-da 50 ölkədən 4000-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan bu yarışda 82 idmançı ilə təmsil olunur. Təmsilçilərimiz 11 idman növündə medallara iddialıdır. 2 ci avropa iyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı cudoçumuz Rüstəm Orucov olacaq. Açılış mərasimi minskin dynamo stadionunda bakı vaxtı ilə 21-00 da baş tutacaq.Xatırladaq ki, ilk Avropa oyunları 2015 ci ildə Bakıda keçirilib. Qeyd edək ki, Minskdə II Avropa Oyunları öncəsi Azərbaycan günü keçirilib. mərasimdə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin rəsmiləri, eləcə də paytaxt sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətini əks etdirən guşə ilə tanış olublar. Tədbir zamanı azərbaycan musiqisi səslənibvə milli rəqslərimiz rəqsi ifa olunub


Create Account



Log In Your Account