Sep 17 2020 18:29
Views: 490

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” klubu Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşacaq. Oyunun əsas hakimi şotlandiyalı Kevin Klensi olacaq. Artıq komandalar oyun öncəsi son məşqinə çıxıblar. Görüşün start fiti Bakı Olimpiya Stadionunda axşam saat 8-də səslənəcək.

Flaqmanimizin çalışdırıcısı Füzuli Məmmədov deyir ki, rəqibə qarşı kifayət qədər hazırlıqlıdırlar. Rəqibin bütün son oyunlarını analiz edib və vacib məqamları oyunçuların diqqətinə çatdırıb. O hesab edir ki, Qalatasaray kimi nəhəng klublara qarşı psixoloji hazırlıq da çox önəmli faktordur.

İstanbul nəhənginin baş məşqçisi Fatih Terim “Neftçi”nin avrokuboklarda olan oyunlarını izlədiyini qeyd edib. İmperator ləqəbli baş məşqçi rəqibin bir sıra ulduz futbolçularına köklənəcəklərini deyib.


Create Account



Log In Your Account