Mar 05 2019 14:30
Views: 293

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz yurdumuza qədəmlərini basmağa hazırlaşır. Novruz bayramı qışın bitməsi, baharın gəlişindən xəbər verir. Novruz bayramının özünəməxsus adət və ənənələri var. Bayrama hazırlıq bir ay əvvəldən başlayır. Əsasən də hər çərşənbə axşamı xüsusilə qeyd edilir. Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib. Çərşənbələr  su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Çərşənbələr xalqı böyük bayrama - Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.


Create Account



Log In Your Account