Nov 28 2019 16:38
Views: 418

Bu gün “Qarabağ” klubu Avropa Liqasının  qrup mərhələsinin V turu çərçivəsində “Sevilya”ya qarşı oyuna çıxacaq. Ramon Sançes Pisxuan stadionunda baş tutacaq matçdan öncə Ağdam klubunun təmilçiləri son məşqlərini keçirblər. Bu komandalar arasında Bakıda baş tutmuş matç ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Artıq bir dəfə İspaniyadan, “Atletiko Madridlə” oyundan 1 xalla ayrılan Qurban Qurbanovun yetirmələri “Sevilya” ilə səfər matçında da yaxşı nəticə üçün meydana çıxacaqlar.

Sevilyanın heyətində Xesus Navas, Lük de Yonq  və  Serxio Regilonun meydana çıxıb çıxmayacağı bəlli deyil. “Qarabağ”dan isə Filip Ozobiç komandasına kömək edə bilməyəcək. Maksim Medvedevin vəziyyəti yaxşıdır və böyük ehtimalla o, “Sevilya”ya qarşı oynayacaq. İstənilən halda Qarabağ bu gün mübarizə üçün meydana çıxacaq.

“Sevilya”- “Qarabağ” oyununun start fiti Bakı vaxtı ilə gecəyarı veriləcək.

Qrupun digər qarşılaşmasında “Düdelanj” Jozi Bartel stadionunda APOEL-i qəbul edəcək. “A” qrupda yer alan Qarabağ 4 xalla 3-cüdür, Düdelanj isə 3 xalla 4-cü pillədə qərarlaşıb.


Create Account



Log In Your Account