Oct 02 2019 19:56
Views: 242

Rusiya Prezidenti Vladimir Putin 2008-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanı təsdiq  edib. Ekspertlər hesab edirlər ki, ötən il avqustun 12-də Aktauda  imzalanan bu tarixi sənəd regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.
Konvensiya Xəzər dənizində gəmiçiliyə və hövzənin ümumi istifadəsinə dair qaydaları, ərazi suları və balıqçılıq sularının ayırd edilməsi mexanizmini, sualtı boru kəmərləri və naqillərin çəkilməsi şərtlərini təsbit edir.
Konvensiyanın əsas prinsiplərindən biri də Xəzərdə region ölkələrinə məxsus olmayan silahlı qüvvələrin mövcudluğunun qadağan edilməsidir. Müqavilə, resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirməsini də nəzərdə tutur.
Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 1996-cı ildən iş aparılıb. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Konvensiyanı  ötən il avqustun 12-də Aktauda keçirilən sammitdə imzalayıblar.


Create Account



Log In Your Account