Mar 07 2019 18:03
Views: 221

Bu ilin investisiya proqramı çərçivəsində sağlamlıq imkanları məhdud insanlar üçün 10 reabilitasiya mərkəzi və sosial müəssələrin təmir tikintisi həyata keçiriləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sağlamlıq imkanları məhdud insanlarla görüşündə deyib. Nazir bildirib ki, ilin sonuna kimi müəssələrin imkanları daha da genişləndiriləcək və daha çox insana xidmət edəcək.

Sahil Babayev qeyd edib ki, sosial və bərpa mərkəzləri sağlamlıq imkanları məhdud insanların həyatının qurulması,onların cəmiyyətə inteqrasiyası, müayuinə-müalicəsi üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda reabilitasiya sisteminin tam şəkildə beynəlxalq standartlara uyğunlaşdırılaraq yenidən qurulması üzərində iş aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 8 mart beynəlxalq qadınlar günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb. Nazir onlara bayram təbriki və xoş arzularını çatdırıb.


Create Account



Log In Your Account