Jun 19 2019 14:45
Views: 362

Azərbaycanda qeyri-neft sektorunun inkişafı və sahibkarlara dəstək məqsədilə sənaye parklarına 3.3 milyard dollar sərmayə qoyulub və 9 minə yaxın yeni iş yeri yaradılıb. İndiyə qədər sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib. Bunun da 267 milyon manatlıq hissəsi ixrac olunub. Növbəti mərhələdə daha 400 milyon dollar investisiya qoyuluşu, 1 600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. “Azərbaycan İnvestisiya Şirkətinin” icraçı direktoru Allahverdi Paşayev bildirib ki, bu ilin sonuna qədər daha 2 sənaye məhəlləsinin yaradılması nəzərdə tutulur. burda 13 sahibkarlıq subyekti fəaliyyət göstərəcək.

Masallı sənaye məhəlləsinin rezidentləri bildirir ki, müəssisələrin fəaliyyəti dövründə nəinki istehsalı artırıb, hətta məhsullarını ölkə xaricinə çıxara biliblər.

Masallı sənaye məhəlləsində mebel məhsullarının sərgi-satış mərkəzi açılıb. 1200 kv. metr sahədə yaradılmış mərkəzdə müxtəlif çeşidli mebel dəstləri, yataq, mətbəx mebelləri, stol və masalar, divan, mebel aksesuarları və s. nümayiş olunur.


Create Account



Log In Your Account